Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:22
Bakının bir sıra mağazalarında çörəyin qiyməti qalxıb. Bu barədə AzadlıqRadiosunun «Qaynar Xətt»inə məlumat veriblər.

Mağazalarda qiyməti 30 qəpiyə olan çörəyin sentyabrın 19-da 35 qəpiyə satıldığı müşahidə edilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə qiymət artımını təkzib edir:

«Çörək bazarı mütəmadi qaydada nəzarət edilən bazardır. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti Xidməti vaxtaşırı olaraq o bazarda monitorinq keçirir. Apardığımız monitorinqlər göstərir ki, çörəyin qiymətində hər hansı artım qeydə alınmayıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG