Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:59

Myanma müxalifətinin lideri ABŞ-dadır


Myanma müxalifətinin lideri, Nobel mükafatı laureatı Aung San Suu Kyi ABŞ-dadır. Onun səfəri iki həftə davam edəcək.

Aung San Suu Kyi dövlət katibi Hillary Clintonla görüşüb. O, Myanmada həyata keçirilən islahatlarla ilk maneələrin keçildiyini bildirib. ABŞ-ın Myanmaya qarşı tətbiq etdiyi sanksiyaların yumşaldılmasını istəyib.

Aung San Suu Kyi 24 ildən sonra iyun ayında Avropa səfər etmişdi. Həmin səfərdən sonra isə ABŞ-a gəlib.

Aung San Suu Kyi 2010-cu ildə ev dustaqlığından azad edilib. Son seçkidə rəhbərlik etdiyi Milli Demokratiya Birliyindən millət vəkili seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG