Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:20

Gürcü nazir işgəncə faktına görə istefa verdi


Gürcüstanın cəzaların icrası, probasiya və hüquqi yardım üzrə naziri Khatuna Kalmakhelidze istefa verib. Onun istefası Tbilisidəki 8 saylı Qldan həbsxanasında məhbuslara işgəncə verilməsi ilə bağlıdır.

Gürcüstan prezidenti Mikheil Saakashvili Tbilisidəki 8 saylı Qldan həbsxanasında məhbuslara işgəncə vermiş şəxslərin cəzalandırılacağını bildirib.

Saakashvilinin bəyanatında bildirilir ki, “Qldan həbsxanasında baş verənlər insan ləyaqətini alçaldan və hüquqlarını pozan bir aktdır. Bu cinayətə yardım edənləri və qoşulanları ağır cəza gözləyir”.

Tbilisidəki 8 saylı Qldan həbsxanasında məhbuslara işgəncə verilməsi faktları gizli çəkilib və “Maestro” və “TV-9” kanallarında yayımlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG