Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:32

Moskva USAİD-in Rusiyadakı fəaliyyətini dayandırır


Rusiya hökuməti ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAİD-in Rusiyadakı fəaliyyətini dayandırır.

ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland bununla bağlı onlara Rusiya hökumətinin qərarının daxil olduğunu bildirib.

Rusiya hökuməti USAİD-in ölkədəki fəaliyyətini dayandırmaq üçün ABŞ-a oktyabrın 1-ə qədər vaxt verib.

Nuland deyib ki, “USAİD Rusiyada fiziki fəaliyyətini dayandırsa da biz bu ölkədə demokratiyaya, insan hüquqlarına və daha möhkəm vətəndaş cəmiyyətinin yaranmasına dəstəyimizi davam etdirəcəyik”.

Rusiyanın hüquq müdafiəçiləri hakimiyyətin bu qərarını həyəcan siqnalı adlandırıb.
Prezident Vladimir Putin iyul ayında xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarını “xarici firma” kimi qeydiyyatdan keçməyə məcbur edən qanun imzalayıb. Hökumətin qərarı da bu qanundan irəli gəlir.

USAİD bütün dünyada inkişaf və idarəçiliklə bağlı proqramları həyata keçirir. Agentlik 1992-ci ildən Rusiyada demokratiya və digər mövzularla bağlı layihələrə 2,6 milyarddan çox pul xərcləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG