Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:44
Göygölün Quşçu kəndində yaşayan Zeynəb Əyyubova 20 yaşlı oğlu Toğrulun qətlə yetirilərək çaya atıldığını, ancaq istintaq orqanlarının cinayəti açmaqda maraqlı olmadıqlarını deyir. Ana deyir ki, bu ilin aprel ayının 28-də bir yaxın qohumu Toğrula zəng edərək onunla görüşmək istədiyini deyib. Növbəti gün qohumu ilə görüşən Toğrulun elə həmin axşam meyiti tapılıb. Toğrul sonuncu dəfə qohumu ilə görüşdüyündən ana iddia edir ki, onun hansı şəraitdə ölməsi barədə qohumunda məlumat olsa da, o, gizlədir.

Zeynəb Əyyubova: «Aprelin 29-da oğlum məktəbə «praktikaya» gedib. Qohumum da maşınla gedib onu məktəbin qarşısından götürüb. Sonuncu dəfə onları görənlər deyirlər ki, ağ maşınla olublar, 4-5 nəfər imişlər. Ancaq qohumum deyir tək olmuşuq. Çaya getmişik, Toğrul soyunub, deyib şəklimi çayın kənarında çək. Ayağı sürüşüb düşüb axar çaya».

Zeynəb Əyyubova isə deyir ki, Toğrul əgər çaya düşübsə də, həmin çay axar olmayıb və oğlunun çayda boğulması mümkün deyil. O, oğlunun meyitinin üzərində xəsarətlər olduğunu deyir:

UŞAĞI DÖYÜB ÇAYA ATIBLAR?

«Başında yarıqlar var idi, bədənində döyülmə izləri var idi. Mənim uşağımı ölümünə döyüb çaya atıblar. İndi də ört-basdır edirlər. Mən uşağımın qatillərinin cəzalandırılmasını tələb edirəm. Nə maraqları var idi ki, uşağımın ölümündən 1 gün keçsə də bizə dürüst söz demirdilər. Bilə-bilə ki, uşağımızı xəstəxanalarda axtarırıq, demirdilər ki, uşağınız «morq»dadır».

Eldar Sultanov

Eldar Sultanov

20 yaşlı gəncin ölümü ilə əlaqədar Göygöl rayon prokurorluğunda araşdırma aparılıb. Meyitin daxili və xarici müayinəsi keçirilib. Tibbi ekspert rəyində göstərilir ki, Toğrul Əyyubovun ölümünə səbəb mexaniki asfiksiya – suda batma olub. Prokurorluq cinayət işinin başlanmasını rədd edib. Qərar belə əsaslandırılıb ki, Zeynəb Əyyubovanın oğlunun ölümündə təqsirli hesab etdiyi şəxslərin ölüm hadisəsi ilə əlaqəsi olmayıb. Ana isə prokurorluğun qərarı ilə razılaşmayaraq qərardan apellyasiya şikayəti verib. O, qərarın ləğv edilməsini və iş üzrə əlavə istintaq aparılmasını tələb etsə də apellyasiya şikayəti təmin olunmayıb.

ANA YUXARI ORQANA MÜRACİƏT ETSİN...

Bir sözlə, Zeynəb Əyyubova Göygöl prokurorluğunda oğlunun ölüm faktı ilə bağlı cinayət işi başlanmasına əsas verə biləcək faktlara məhəl qoyulmadığını deyir.

Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyir ki, Zeynəb Əyyubova yerli prokurorluq orqanından və istintaqdan narazıdırsa, bunun üçün istintaqa nəzarət edən yuxarı orqana - Baş Prokurorluğa rəsmi müraciət etməlidir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG