Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:39
Şabran rayonunda yerləşən «Qalaaltı» İstirahət Mərkəzinin tikintisində işləyən 35 türkmən fəhlənin pasportları qaytarılıb, maaşları ödənilib. Bu barədə AzadlıqRadiosuna Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat verib.

Türkmənistandan Azərbaycana gəlmiş dəmirçilər sentyabrın 7-də AzadlıqRadiosuna iş şərtlərinin ağır olduğunu, viza müddəti bitsə də işəgötürənin bu barədə tədbir görmədiyini bildirmişdilər.

Əlövsət Əliyev deyir ki, türkmən fəhlələrin pasportları Dövlət Miqrasiya Xidməti tərəfindən geri qaytarılıb:

«Türkmənistandan gətirilmiş fəhlələrin Azərbaycanda viza müddəti bitdiyi üçün onlar ölkədən deportasiya olunublar. İşçilərin əmək haqlarının ödənilməsi təmin edilib. Bir neçə nəfərinsə əmək haqqından 200-300 manat kəsilib. 35 nəfərdən 9-nun ölkədə qalmaq icazə olsa da, onlar da könüllü surətdə Azərbaycanı tərk etmək istəyiblər. Fəhlələrin təyyarə bileti işəgötürən tərəfindən alındıqdan sonra onlar da çıxıb gediblər».

«Qalaaltı» sağlamlıq-istirahət kompleksinin tikintisini «Doğa İnşaat» şirkəti həyata keçirir. Şirkətin təmsilçisi türkmən fəhlələrin onlara məxsus obyektdə işlədildiyini təkzib etmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG