Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:09

Rezidenturanın boş plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb


Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturanın boş qalan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, boş qalan 22 yerə 8 nəfər qəbul olunub. Qalan 14 yer isə boş qalıb və həmin yerlərə əlavə yerləşdirmə aparılmayacaq.

Rezidenturanın boş qalan yerlərinə seçim sentyabrın 17-18-də aparılıb. Müsabiqədə IV istiqamət (Tibbi-profilaktika) üzrə imtahan verib 70 və daha yuxarı bal toplayan namizədlər iştirak edə bilərdilər. Digər istiqamətlər üzrə plan yerləri tam dolub.

Bu il rezidenturanın 514 plan yerinə 492 nəfər qəbul edilib. Onlardan 432 nəfər Azərbaycan, 60 nəfər rus bölməsi üzrə qəbul olunub. Qəbul planı 95,72 faiz yerinə yetirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG