Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:48

«Kür» fəalı şərti iş aldı


«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının fəalı, 2010-cu ildə çay daşqınlarından ziyan çəkmiş Saatlı sakini Mirabad Rzayev azadlığa çıxıb.

«Media forum» saytı xəbər verir ki, sentyabrın 18-də Saatlı Rayon Məhkəməsi Mirabad Rzayevi 1 il 6 aylıq şərti həbs cəzasına məhkum edib və o, məhkəmə zalından sərbəst buraxılıb.

Mirabad Rzayev iyulun 13-də Saatlı Rayon İcra Hakimiyyətində tutulmuşdu.

Həmin gün fəala Cinayət Məcəlləsinin 315.1-ci maddəsi (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) ilə cinayət işi açılmış, daha sonra rayon məhkəməsi onun haqqında həbs qətimkan tədbiri seçmişdi.

Mirabad Rzayev Saatlının icra başçısına zor tətbiq etməkdə günahlandırılırdı. Ancaq o, haqqını tələb etdiyinə görə şərlənərək həbs olunduğunu iddia edirdi.

«Kür» fəalı Bakıdakı 3 saylı İstintaq Təcridxanasında saxlanırdı.
XS
SM
MD
LG