Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 11:02

Azərbaycan Rusiyaya nota verib


Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Dorokhin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq, nazir müavini Xələf Xələfov tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə X.Xələfov Rusiya səfirinə bu ilin 14 sentyabr tarixində Moskva şəhər meriyasının icazəsi və
«Rus-Erməni Birliyi»nin təşkilatçılığı ilə Moskva şəhərində Ramil Səfərovun əfv edilməsinə qarşı keçirilmiş aksiyada Rusiya Dövlət Şurası və Dövlət Dumasının üzvü Vladimir Zhirinovsky;nin Azərbaycan xalqına qarşı terrora, cinayətə, milli ədavətə və düşmənçiliyə təhrik edən təxribatçı çağırışı ilə bağlı qəti etiraz bildirib.

Həmçinin nazir müavini sözügedən çağırışın iki ölkə arasında mövcud əməkdaşlıq və dostluq münasibətlərinə kölgə saldığını qeyd edib. Vurğulanıb ki, belə bəyanatlar Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın vasitəçilik missiyasına zərbə vurur.

Xələf Xələfov Vladimir Zhirinovsky'nin məsuliyyətsiz bəyanatına Rusiyanın hakimiyyət strukturları tərəfindən müvafiq qiymətin veriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşün sonunda Azərbaycan tərəfinin etiraz notası Rusiya səfirinə təqdim olunub.
XS
SM
MD
LG