Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:36

Peyğəmbər haqda filmə görə 7 xristian misirlinin ölkəsinə verilməsi istənilir


Misir Baş prokuroru ABŞ-da yaşayan 7 misirli xristian koptların ekstradisiyasını tələb edib. Onlar islam əleyhinə Məhəmməd peyğəmbərlə bağlı “Müsəlmanlarım məsumiyyəti” videosunun hazırlanması və yayılmasında iştirakda, peyğəmbərə küfr etməkdə, Misiri parçalamaq və dini ədavət salmaq cəhdlərində ittiham olunurlar.

Prokurorluq müttəhimlərin özlərinin iştirakı olmadan da məhkəmə prosesinin keçirilməsi və edam cəzasının verilməsinin mümkün olduğunu bəyan edib.

İttiham olunanlar arasında əslən misirli xristian kopt olan Nakoula Basseley Nakoula da var. Kaliforniyada yaşayan Nakoula filmin müəllifi kimi özünü təqdim edir.

Bu filmə etirazlar üzündən baş verən toqquşmalarda azı 19 nəfər həlak olub, o cümlədən ABŞ-ın Liviyadakı səfiri və 3 amerikalı da ölənlər arasındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG