Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:38

Fotoqraf Əhməd Muxtarı polis saxlayıb


-
Avtomobilinə minərkən Yol Polisi ona təhlükəsizlik kəmərini taxmamasını irad tutub. O, isə avtomobili hələ işə salmadığını deyib. Daha sonra protokol yazan polisin fotosunu çəkib.

Əhməd Muxtarı Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə aparıblar. Təxminən 10-15 dəqiqə sonra o, sərbəst buraxılıb.

Amma sonra fotoaparatda pozulmamış şəkillərin qalmasını əsas gətirərək yenidən saxlayıblar.

Səbail rayon 9-cu polis bölməsindən AzadlıqRadiosuna fotoqrafın saxlanmasını təsdiqləyiblər. Polis növbətçisinin dediyinə görə, Əhməd Muxtar Yol Polisi əməkdaşı protokol yazanda, şəklini çəkib:

«İndi bölmədədir, fotolar silinəndən sonra o, buraxılacaq»

Əhməd Muxtarı artıq buraxıblar.
XS
SM
MD
LG