Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:58

Yataqxana sakinləri yeni ev tələb edirlər


-
Sentyabrın 18-də Xətai rayonu, Cavanşir küçəsi 38 ünvanındakı 4 saylı yataqxananın sakinləri Prezident Administrasiyası qarşısında aksiya keçirməyə cəhd ediblər.

Onlar əllərində «Prezidentdən kömək gözləyirik!», «Biz ölmək istəmirik!» kimi şüarlar tutub. Polis şüarları sakinlərin əllərindən alıb.

Aksiyaçılara Nazirlər Kabinetinə getmək tövsiyə olunub.

Nazirlər Kabinetində onları tikinti işləri üzrə şöbə müdiri Şahin Salahov qəbul edib.

Sakinlər qəzalı vəziyyətdə olan binada bərpa işlərinin dayandırılmasını, onların yeni evlərə köçürülməsini tələb edirlər.

Şahin Salahov məsələnin yenidən araşdırılacağını bildirib.
XS
SM
MD
LG