Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:07

Vəkil nəhayət ki, avtomobilini gömrükdən keçirdi


Vəkil Bəhruz Bayramov
Vəkil Bəhruz Bayramov
-
Gürcüstandan avtomobil gətirən vəkil Bəhruz Bayramovun problemi həll olunub.

Bu barədə o, özü AzadlıqRadiosuna məlumat verib:

«Gömrük Komitəsinin sədr müavinin qəbulunda oldum. Bundan sonra qanuna uyğun olaraq bank çekləri vasitəsilə pul ödədim və problemi həll etdim. Düzdür, neçə gün əsəb keçirdim, gedib-gəldim, amma mübarizə nəticə verdi. Əvvəl məndən 10 min manat istəyirdilər və heç bir qəbz də verilmirdi. Amma indi 8660 manat rəsmi ödəniş etdim. Bütün qəbzləri, bank çeklərini də əldə etdim. Bir az artıq pul ödəsəm də, hesab edirəm ki, mübarizəm nəticə verdi».

Vəkil B.Bayramov dövlət rüsumundan əlavə pul istənildiyi üçün Gürcüstandan gətirdiyi avtomobildən imtina etdiyini, onu Dövlət Gömrük Komitəsinin sədrinə bağışlayacağını bəyan edirdi.

AzadlıqRadiosuna müsahibəsində o, bildirirdi ki, avtomobilin alqı-satqı sənədində qiyməti 15 min dollar olsa da, gömrükdə onu 35 min dollar qiymətləndirərək 10 min manat rüsum istəyirdilər. Vəkil isə bununla razılaşmırdı.

B.Bayramov üzləşdiyi problemlə əlaqədar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə teleqram vurmuşdu.

Bundan başqa o, həm də Prezidentinin internet saytına müraciət etmişdi.

Vəkil deyir ki, prezidentə müraciətində hətta ondan əlavə istənilən pulu ödəmək üçün 2700 manat borc istəyib.
XS
SM
MD
LG