Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:40
Madonna ötən ay konsertində yol verdiyi hərəkətlərinə görə Rusiya məhkəməsi tərəfindən cəzalandırılıb. Ona 10 milyon dollarlıq cərimə kəsilib.

Rusiya Həmkarlar İttifaqının üzvləri, o cümlədən homoseksualizmə qarşı 9 fəal müğənni əleyhinə şikayət veriblər. Buna səbəb avqustun 9-da Sankt-Peterburqdakı çıxışı zamanı musiqiçinin cinsi azlıqlara dəstəyini ifadə etməsi olub. Bildirilir ki, müğənni 12 yaşlı uşaqların da iştirak etdiyi konsertdə yerli qanunları pozub.

İddiaçılar həmçinin Madonnanın şousunun təşkilatçılarının və konsert zalının sahiblərinin də cərimələnməsini tələb edir.

MƏHKƏMƏ BAŞLAYIR

İddia ilə bağlı məhkəmə dinləmələri oktyabrın 11-dən başlayacaq.

Müğənninin kürəyində «Qorxmayın!» şüarı

Müğənninin kürəyində «Qorxmayın!» şüarı

Sankt-Peterburq konserti zamanı Madonna paltarını soyunaraq səhnədə qara rəngli alt paltarı ilə qalıb. Həmin zaman onun kürəyində «Qorxmayın!» şüarı yazılıbmış.

O, həmçinin Rusiyanın qey icması üçün dözümlülük təbliğ edən çəhrayı bilərziklər paylayıb və insanları cinsi azlıqların hüquqlarına hörmət etməyə çağırıb.

Homoseksuallıq Rusiyada qanuni olsa da, bu ilin əvvəlində Sankt-Peterburq məhkəməsi yetkinlik yaşına çatmayanlar üçün homoseksualizmi təbliğ etməyin qeyri-qanuni olduğunu bildirən şəhər qanunu çıxarıb.

MADONNA QANUNLA RAZI DEYİL

Öz «Facebook» səhifəsində Madonna bu qanunu «gülünc qəddarlıq» adlandırıb.

Bir neçə həftə sonra - avqustun 28-də Madonna Filadelfiyada auditoriyaya üz tutaraq deyib ki, «Yaşadığınız yerdə yaşamaq və sahib olduğunuz azadlıqlar üçün nə qədər şanslı olduğunuzu unutmayın».

Bundan başqa Madonna 20 mindən çox dinləyicisinə deyib ki, kürəyinə yazdırdığı «Qorxmayın!» şüarı ilə Peterburqda 80 nəfərin məhz qey olduğuna görə həbsə atıldığına diqqət çəkmək istəyib.

RUSİYADA HOMOSEKSUALLAR RUHİ XƏSTƏLƏR HESAB OLUNUR

Sabiq Moskva meri Yury Luzhkov

Sabiq Moskva meri Yury Luzhkov

Homoseksuallıq 1993-cü ildə Rusiyada cinayət məcəlləsindən çıxarılıb, amma həm cəmiyyətdə, həm də hökumətdə güclü anti-qey əhval-ruhiyyəsi qalmaqdadır.

2007-ci ildə Moskva meri Yury Luzhkov paytaxtda qey-parad keçirilməsini «şeytani» addım adlandırıb. Rusiyada heç vaxt icazəli qey-parad təşkil olunmayıb.

Rusiyanın «Levada» müstəqil sorğu mərkəzinin 2010-cu ildə apardığı sosioloji sorğusuna görə, respondentlərin 74 faizi cinsi azlıqları «əxlaqsız» və «ruhi çatışmazlıqları» olan şəxslər adlandırıb. Sorğuya cəlb edilənlərin 45 faizi isə bildirib ki, homoseksualların da heteroseksualların malik olduğu hüquqlardan yararlanmaq haqqı var.

Homoseksuallıq Rusiyada 1990-cı illərdən bəri ruhi xəstəlik kimi qəbul olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG