Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:15

Keçmiş baş nazir azı bir ay xəstəxanada saxlanacaq


Ukraynanın həbsdəki keçmiş Baş naziri Yulia Tymoshenko azı bir ay da xəstəxanada qalmalı olacaq. Səhiyyə nazirinin müavini Raisa Moiseyenko sentyabrın 18-də belə deyib.

Nazir müavinin sözləri Tymoshenkonu müayinə edən alman həkim Lutz Harms-ın rəyini açıqlamasından bir gün sonraya təsadüf edib.

Tymoshenko hazırda vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə verilən 7 illik həbs cəzasını çəkir, may ayından etibarən keçmiş baş nazir bel ağrılarındna şikayət edirdi.

Ancaq ötən həftə Tymoshenko ilə bir yerdə yatan Oksana Melnyk adlı məhbus jurnalistlərə deyib ki, eks baş nazir sap-sağlamdır, sadəcə xəstəliyindən siyasi PR kimi istifadə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG