Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:55

Şairləri İrana dəvət edən şəxs 3 il ev dustağı olacaq


Şəhriyar Hacızadə və Fərid Hüseyn

Şəhriyar Hacızadə və Fərid Hüseyn

-

İranda həbsdən azad olunan gənc şairlər Şəhriyar Hacızadə və Fərid Hüseyn mətbuat konfransı keçiriblər.

APA-nın məlumatına görə, Fərid Hüseyn bildirib ki, adıçəkilən ölkəyə iranlı şair Bəhram Sürgünün dəvəti ilə ədəbi festivalda iştirak etmək üçün səfər gediblər. Festival iki gün davam edib.

Boş qalan bir gün ərzində isə Təbrizdə Məhəmmədhüseyn Şəhriyarın oğlu ilə görüşüblər, qəbiristanlıqda olublar və digər muzeyləri ziyarət ediblər.

Mayın 2-də saat 22.20 radələrində Təbrizdəki avtovağzaldan avtobusda minib Bakıya qayıtmaq istəyəndə İran xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Saxlama müddəti ərzində 25 gün təkadamlıq kamerada olmaqla, ümumilikdə, 86 gün İran İnformasiya və Təhlükəsizlik Nazirliyinin binasında (ETTELAAT), 40 gün isə təcridxanada saxlanılıblar. Onlar saxlandıqları müddət ərzində fiziki təzyiqə məruz qalmasalar da, psixoloji gərginlik yaşadıqlarını bildiriblər

Fərid Hüseynin sözlərinə görə, İran xüsusi xidmət orqanları tərəfindən onlara bildirilib ki, İrana səfərləri zamanı tədbirdə iştirakla bağlı icazə kağızları olmayıb.

Ş. Hacızadə isə deyib ki, onların işi üzrə iki məhkəmə iclası keçirilib. Bu proseslərdən biri qapalı olub. İkinci proses isə avqustun 7-də açıq keçirilib. Məhkəmənin qərarı isə onlara avqustun 21-də təqdim olunub. Gənc şairləri İrana dəvət edən Bəhram Sürgün barəsində isə 3 il ev dustaqlığı tədbiri seçilib.

Gənc yazarlar qeyd ediblər ki, həbsdə olduqları müddətdə onlara əvvəlcə icazə kağızının olmaması ilə bağlı, sonradan isə İran əleyhinə təbliğata cəhd ittihamı irəli sürülüb:

“Bizim İsrailin xeyrinə işləməyimiz, yaxud narkotik qaçaqmalçılığı ilə məşğul olmağımızla bağlı deyilənlər cəfəngiyyatdır. Sadəcə İranda həbsdən sonra məsələnin bu qədər ictimailəşəcəyi ehtimal olunmamışdı”.

Gənc şairlər azadlığa çıxmalarında göstərdiyi səyə görə ölkə prezidenti İlham Əliyevə, Azərbaycan dövlətinə və aidiyyəti qurumlara təşəkkür ediblər.

Onlar bildiriblər ki, həbsxanaya köçürüləndən sonra Azərbaycanın Təbrizdəki baş konsulunun müavini Nəriman Orucəliyev onlarla görüşüb, dövlətin bu məsələni nəzarətdə saxladığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG