Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:21

«Prezident İlham Əliyevlə görüşə ümid edirik»


Alison Bethel McKenzie
Alison Bethel McKenzie
Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) icraçı direktoru prezident İlham Əliyevlə görüşdə Azərbaycanda jurnalistlərin həbsinə dair məsələni də qaldıracaq.

Bunu sentyabrın 18-də icraçı direktorun özü Allison Bethel-McKenzie jurnalistlərə açıqlamasında deyib. Ancaq bildirib ki, BMİ-də olan məlumata görə Azərbaycanda media mənsublarının dediyi kimi 8 yox, 3 jurnalist həbsdədir:

«Jurnalistlərin həbsi ilə bağlı bizdə olan rəqəmlər 8-i göstərmir. Bizdə hal-hazırda 3 nəfərin həbsdə olması ilə bağlı məlumat var. İki gün öncə Azərbaycanda jurnalistlərin həbs olunması və onlara hər hansı hücumların edilməsi ilə bağlı cənab prezidentə məktubla müraciət etmişik. Şəxsən cənab prezidentlə sentyabrın 19-da görüş nəzərdə tutulub. Bu görüşə ümid edirik. Həmin görüşdə mütləq bu məsələni də qaldıracağıq. Son iki həftə ərzində bildiyiniz kimi iki jurnalistə aid olan iş alətləri müsadirə olunmuşdu və bir neçə saat onlar saxlanılmışdı. Bu fakt bizi çox narahat elədi. Qeyd etmək istəyirəm ki, jurnalistlərlə qarşı hər hansı hücumlar yaxşı deyil. Biz bunları alqışlamırıq».

KİV-İN NEFT-QAZ ŞƏFFAFLIĞININ TƏMİNATINDA ROLU

Allison Bethel-McKenzie bildirib ki, BMİ prezidentlə görüşə bilən dünyada bir neçə nadir təşkilatlardandır. O iki günlük konfransı Prezident Administrasiyasının nümayəndələri ilə bu barədə söhbət üçün gözəl fürsət kimi dəyərləndirir.

BMİ-nin icraçı direktoru deyir ki, onlar jurnalistlərə qarşı qeyri-qanuni hərəkətləri hər gün qaldırırlar. Bu barədə müraciətlərlə BMİ-nin saytında yaxında tanış olmaq mümkündür. BMİ-nin icraçı direktoru jurnalist Eynulla Fətullayevin həbsdən azad olunmasında onların bəyanatlarının da müsbət rol oynadığını bildirir.

Sentyabrın 18-də Bakıda iki günlük beynəlxalq «Neft, Qaz və Media» konfransı öz işinə başlayıb. Konfransda iştirak edən BMİ icraçı direktoru Allison Bethel-McKenzie deyib ki,
rəhbərlik etdiyi qurum KİV-in azadlığına və müstəqilliyinə xüsusi diqqət yetirir.

Onun sözlərinə görə demokratik proseslərdə vacib rol oynayan KİV neft-qaz sahəsində zəruri olan şəffaflığın təminatında, insan hüquqları məsələsində xüsusi əhəmiyyət kəsb edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG