Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:35

İlham Əliyev «Luvr» muzeyində açılış mərasiminə qatılıb


Luvr muzeyi
Luvr muzeyi
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Fransa prezidenti Francois Hollande ilə birlikdə Parisdə «Luvr» Muzeyində İslam İncəsənətinə həsr olunan yeni zalların açılış mərasimində iştirak ediblər.

Azərtac xəbər verir ki, tədbirdə çıxış edən Luvr muzeyinin baş direktoru Anri Luerettin sözlərinə görə, Fransa bütün mədəniyyətlərin, o cümlədən İslam incəsənətinin qorunub saxlanmasına böyük diqqət göstərir. Bu baxımdan Luvr muzeyi hazırda mədəniyyətlərarası dialoqun əldə olunmasında mühüm rol oynayır. Yeni zallar isə İslam sivilizasiyasının mühüm cəhətləri ilə tanış olmaq imkanı yaradır.
Fransa Prezidenti Francois Hollande isə İslam incəsənəti departamentinin yaradılmasından və bu zəngin kolleksiyanı təqdim etməkdən şərəf hissi duyduğunu, və bu layihənin həyata keçirilməsinə verdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və digər tərəfdaşlara minnətdarlığını bildirib.
«Luvr» Muzeyinin yenilənməsi işində Heydər Əliyev Fondu da Fransaya dəstək göstərib. 2010-cu ildə Azərbaycan hökuməti muzeyə 1 milyon avro yardım edib.


Azərbaycanla yanaşı İslam incəsənəti zallarının açılmasına Küveyt, Oman və Mərakeş də önəmli rol oynayıb.
Luvr sahəsinə görə dünyanın üçüncü, tamaşaçı sayına görə isə ən çox ziyarət edilən muzeyidir. Təkcə 2011-ci ildə muzeyə 8 milyon 800 min ziyarətçi gəlmişdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG