Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:34

Övladı olmadı, amma əsərləri əsrlərcə adını yaşadacaq


Üzeyir Hacıbəyov
Üzeyir Hacıbəyov
1885-ci il sentyabrın 18-də Ağcabədiyə - qardaşı evinə gedən ikicanlı Şirin xanım elə qonaq düşdüyü evdə bir oğlan uşağı dünyaya gətirdi.

Yəqin ki, Şirin xanım bu təsadüfi qonaqlığın Ağcabədinin adını nə qədər şöhrətləndirəcəyini ağlına da gətirməyib.

Bunu sonralar Üzeyir bəyin araşdırıcıları xüsusi vurğulayacaqdılar.

Uşağı bir neçə günlük olanda Şuşaya gətiriblər.

Üzeyir Şuşada böyüyüb.

Qori Müəllimlər Seminariyasında oxuyub və XX əsrin əvvəllərində Bakıya gəlib.

1908-ci ildə Şərqdə ilk operanı—«Leyli və Məcnun»u yazıb.

Daha sonra indi də dillər əzbəri olan musiqili komediyalar, operettalar və s. yaranıb.

Üzeyir bəy Bakıda çıxan əksər qəzetlərdə publisistik yazılarla çıxış edib. Usta qələm sahibinə çevrilib.

Azərbaycan Demokratik Cümhuriyyətinin orqanı olan «Azərbaycan» qəzetinin redaktoru, Cümhuriyyətin himninin bəstəçisi olub.

Sovetlərin gəlişindən sonra həyatını daha çox musiqi kadrlarının hazırlanmasına, musiqi məktəblərinin, Konservatoriyanın yaranmasına həsr edib.

Xalq musiqisinin toplanmasında, kitab kimi çap olunmasında əvəzsiz xidmət göstərib.

1938-ci ildə məşhur «Koroğlu» operasını yazıb. Bənzərsiz romanslar, mahnılar bəstələyib.

Sovetlər dönəmində səksəkəli həyat sürən Üzeyir bəy 1948-ci ildə şəkər xəstəliyindən vəfat edib. Onun ölümü Bakıda əsl matəmə çevrilib.

Belə şəhər matəmi 1907-ci ildə Həsən bəy Zərdabinin, 1919-cu ildə Hüseyn Ərəblinskinin ölümündə olmuşdu…

Üzeyir bəyin övladı olmayıb. Amma əsərləri əsrlər boyu onun adını yaşadacaq.

Bu şəxsiyyət haqqında saatlarla, günlərlə danışmaq, yazmaq olar.

Amma bu gün—Üzeyir Musiqi Günündə qoy onun bəstələri səslənsin!

Dos-doğma Üzeyir bəyə bundan gözəl töhfə nə ola bilər ki?!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG