Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:35

«Sınıq körpü»yə milli abidə statusu verildi


Abidə Azərbaycan və Gürcüstan sərhədində yerləşdiyindən hər iki ölkənin abidələr siyahısında qeydə alınacaq.

Bu barədə Qazax rayon icra hakimiyyətindən məlumat verilib. Məlumata görə, abidə indiyədək Azərbaycanın ölkə əhəmiyyətli abidələri sırasında idi.

Qazax rayonunda Gürcüstan ilə sərhəddə olan və Ehram çayı üzərindən keçən körpü Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir.

Bu ad körpüyə tikintidə istifadə olunan qırmızı daş elementlərindən verilib.

Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınıb.

Körpün uzunluğu 175 metrdir.

Sınıq körpünün milli abidə kimi qeydiyyatı ilə bağlı Gürcüstan prezidenti Mikheil Saakashvili fərman imzalayıb.

Fərmanda Gürcüstanın «Mədəni irs haqqında» qanununa uyğun olaraq daşınmaz mədəni irs abidəsi – «Qırmızı körpü» (Qardabani bələdiyyəsi, Kvemo Kartli) milli əhəmiyyətli abidə kateqoriyasına daxil edilir.
XS
SM
MD
LG