Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:54

Şahzadənin fotoları barədə məhkəmə qərarı olacaq


Fransa məhkəməsi sentyabrın 18-də Britaniya şahzadəsi Williamın həyat yoldaşı Kate Middltonun qalmaqallı şəkillərinin çapının dayandırılıb-dayandırılmaması barədə qərar çıxaracaq.

Fransanın “Closer” jurnalı ötən həftə Kate Middltonun çimərlik hovuzu önündə ailəvi istirahət zamanı paparatsinin icazəsiz çəkdiyi 14 fotosunu dərc edib. Jurnalın sahibi İtaliyanın keçmiş baş naziri Silvio Berlusconidir.

Britaniya kral ailəsinin vəkili deyir ki, fotolarda ictimaiyyətə çıxarılmamalı “çox intim məqamlar” əks olunub. Kral ailəsi həm jurnal, həm də hələlik kimliyi bəlli olmayan fotoqraf əleyhinə cinayət işi qaldırılmasını istəyirlər. Bu hüquqi addımın atılması Berlusconi tərəfindən maliyyələşdirilən digər İtaliya dərgisinin “Şahzadə çılpaqdır” başlığı ilə fotoları yenidən dərc etməsindən sonraya təsadüf edir.
XS
SM
MD
LG