Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:48

Bakıda «Neft, Qaz və Media» konfransı işə başlayıb


Sentyabrın 18-də Bakıda «Neft, Qaz və Media» konfransı işə başlayıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanan təbrik məktubunu oxuyub.

İlham Əliyev məktubunda bildirir ki, qlobal enerji təhlükəsizliyi məsələlərinin mühüm əhəmiyyət kəsb etdiyi müasir dövrdə karbohidrogen ehtiyatlarının hasilatı, nəqli və əldə olunan gəlirlərin idarə edilməsi siyasəti daim KİV-lərin diqqət mərkəzində dayanır.

Prezident bildirib ki, artıq dünyanın alternativ enerji təminatı mərkəzlərinin birinə çevrilmiş Azərbaycan hazırda özünün güclü infrastrukturu və şaxələnmiş neft-qaz kəmərləri şəbəkələri ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG