Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:14

Deputat oğlu korrupsiya ittihamı ilə həbs olunub


Qırğızıstanın Baş Prokurorluğu elan edib ki, prokuror və deputat oğlu korrupsiya və saxtakarlıq ittihamı ilə həbs olunub.

Həbs olunan Eldar Madylbekovun özü prokurorluqda işləyir. O, ölkədən qaçmış keşmiş prezident Kurmanbek Bakiyevin atasına məxsus əmlakı qanunsuz yolla almaqda şübhəli bilinir.

Eldar Madylbekovun atası Turatbek Madylbekov isə Qırğızıstan parlamentində anti-korrupsiya komitəsinin sədridir.

Turatbek Madylbekov Azadlıq Radiosuna deyib ki, oğlunun həbsi barədə heş bir rəsmi məlumat almadığına görə bu barədə heç nə deyə bilməz.
XS
SM
MD
LG