Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:29

«Rezidentura»ya qəbul olanların sənədlərinin qeydiyyatı başladı


-
Rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri sentyabrın 17-dən 21-dək Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məlumat yayıb:

«Hərbi tibb fakültəsinin rezidenturasına qəbul olanlar göstərilən müddətdə Müdafiə Nazirliyində, Naxçıvan Dövlət Universitetinin rezidenturasına qəbul olanlar isə həmin universitetin tibb fakültəsində qeydiyyatdan keçməlidirlər».

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəşr etdiyi «Rezidentura» jurnalının 3-cü sayında 2012/2013-cü tədris ili üçün rezidenturaya qəbul olanların siyahısı və müsabiqə nəticəsində ixtisaslar üzrə alınmış keçid balları təqdim olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG