Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:00
İmişlidən Şirvan Əliyev «Qaynar xətt»ə şikayət edib ki, hüquq-mühafizə orqanları 2 ilə yaxındır yaşadığı ünvanda baş vermiş oğurluq cinayətinin üstünü açmır. Onun sözlərinə görə, cinayətin üstünün açılmamasında polisin marağı var.

Şirvan Əliyev:«2011-ci ildə yanvarın 1-də ailəlikcə bir qohum evində olarkən evimizə girən oğru 8 min manatlıq qızıl-zinət əşyaları aparıb. Bu hadisədə qonşum Ramil Əmirovdan şübhələnsəm, bu barədə polisə bildirsəm də polis həmin şəxsi dindirməyib, oğurluq cinayəti araşdırılmır. Həmin vaxt polis rəisinin müavini olmuş Aqil Tağıyev cinayətin ört-basdır edilməsində maraqlı olub. Sonradan Aqil Tağıyev Kürdəmirə rəis müavini göndərildi, ancaq yenə də İmişli polisində onun keçmiş iş yoldaşları olan müstəntiq və əməliyyatçılar işi ört-basdır etməyə çalışırlar. Mən İmişli polisindən şikayət yazıram, ancaq şikayətimi təzədən həmin polis şöbəsinə göndərirlər ki, araşdırılsın. Müstəntiq Rövşən Mirəliyev olub, o da cinayəti araşdırmayıb, oğruları himayə edib. İndi Rövşən Mirəliyev Quba polisində işləyir. Mənə istintaq işinin hansı yerdə qaldığını demirlər».

Şirvan Əliyev deyir ki, ötən 1 il 9 ay ərzində İmişlidə çoxlu oğurluq hadisələri olub, əksəriyyətinin üstü açılıb, ancaq onun evində baş vermiş oğurluq cinayətinin üstünün nə vaxtsa açılacağına ümidi qalmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məsələ ilə bağlı bunları dedi:

OĞRUNUN AXTARIŞI DAVAM EDİR

Orxan Mansurzadə

Orxan Mansurzadə

«Oğurluq baş verdikdən sonra hadisə yerinə İmişli RPŞ-nin əməkdaşlarından ibarət qrup çıxıb, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirib, zərərçəkənin mənzilindən 5 min manat məbləğində qızıl-zinət əşyaları aparıldığı müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi qaldırılıb. İstintaq zamanı şikayətçinin şübhələndiyi şəxs də müstəntiq tərəfindən dindirilmiş, lakin həmin şəxsin Ş. Əliyevin evindən oğurluq etməsi öz təsdiqini tapmayıb. Qeyd edim ki, Ramil Əmirov bu ərəfədə mütəşəkkil bir qrupun üzvü kimi rayon ərazisində mal-qara oğurluğu törətdiyinə görə İmişli RPŞ-nin əməkdaşları tərəfindən yaxalanaraq cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində məhkəmənin artıq qanuni qüvvəyə minmiş hökmü də vardır. Yəni o, başqa bir oğurluğa görə cəzasını artıq çəkir.

Şikayətçinin İmişli Rayon Polis Şöbəsinin keçmiş müavini, hazırda Kürdəmir RPŞ-nin rəis müavini işləyən Aqil Tağıyev və müstəntiq Rövşən Mirəliyev ilə bağlı dedikləri qərəzli və qeyri-obyektivdir. Adları çəkilən əməkdaşların da daxil olduğu istintaq-əməliyyat qrupu həmin cinayətin açılması üçün bir sıra tədbirlər həyata keçirsələr də hələlik cinayətin üstünü açmaq mümkün olmayıb. İndi cinayətin üstü açılmırsa, bu o demək deyil ki, burda hansısa polis əməkdaşının marağı var? Baş Prokurorluq və rayon prokurorluğu tərəfindən həmin cinayət işi nəzarət qaydasında bir neçə dəfə öyrənilib, iş üzrə müstəntiq tərəfindən atılmış addımların mövcud qanunvericiliyə uyğunluğu müəyyən edilib. Hazırda sözügedən oğurluğun açılması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG