Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:09

Məhəmməd peyğəmbəri təhqir edən filmə etirazlar yayılmaqdadır


Məhəmməd peyğəmbəri ələ salan filmə qarşıə etirazlar davam edir.
Pakistanda etirazlarda bir nəfər ölüb.

Kabildə etirazda bir neçə yüz adam anti-Amerika şüarları qışqırıb, polisi daşa basıb.

İndoneziyanın paytaxtı Cakartada yüzlərlə adam polislə toqquşub.
Nümayişçiləri polis su şırnağı və göyə güllə atmaqla dağıdıb.

Yəməndə ABŞ səfirliyi qabağında nümayiş edən tələbələr səfirin ölkədən qovulmasını tələb ediblər.

Livanda Hezbollah lideri Hassan Nasrullah bir həftəlik etirazlara çağırıb.
İndiyə kimi dünyadakı etirazlarda 18 adam ölüb.
XS
SM
MD
LG