Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:41

Suriyada xarici ekstremist qruplar fəaliyyət göstərir


Suriyada xarici ekstremist qruplar, o cümlədən cihad qrupları fəaliyyət göstərir. Onlardan bir neçəsi isə silahlı müxalifətlə birləşir.

Bu haqda BMT-nin insan hüquqları ilə bağlı nöqsanları araşdırma komissiyasının rəhbəri Paulo Sergio Pinheiro məlumat verib.

Paulo Sergio Pinheiro Suriyada son həftələr baş vermiş insan haqları pozuntularından da danışıb. Onun hesabatında bildirilir ki, hökumət qoşunları və onların tərəfdarları daha çox hərbi cinayətlər törədib, nəinki üsyançılar.

Bu gün Qahirədə İran, Səudiyyə Ərəbistanı, Misir və Türkiyənin xarici işlər nazirləri Suriyadakı vəziyyətlə bağlı görüşəcək.

Hüquq müdafiəçilərinin məlumatına görə, Suriyada 18 ayda baş verən silahlı münaqişə nəticəsində azı 23 min adam həlak olub.
XS
SM
MD
LG