Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:03
Sentyabrın 17-də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərində təmirdən sonra istifadəyə verilmiş küçə və prospektlərin siyahısını təqdim edib.

Mərkəzdən Trend-ə daxil olan məlumata görə, Neftçilər prospektinin Puşkin küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinə qədər (Dəniz limanının qarşısı) olan təmir işlərinin aparılması ilə əlaqədar tamamilə bağlanılan hissəsi istifadəyə verilib.

Bundan başqa bir müddət öncə bağlanmış K.Səfərəliyeva, Rixard ZorgeA. Cəlilov küçələri açılıb, Ü.Hacıbəyov küçəsində və Z.Əliyeva prospektində bir istiqamətli hərəkət bərpa edilib.

2009-cu ilin aprelindən layihə çərçivəsində Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir.

Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG