Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:22

Əfqanıstanda “Müsəlmanların məsumluğu” filminə qarşı aksiya keçirilib


Bu gün Əfqanıstanın paytaxtı Kabildə yüzlərlə adam internetdə yayılmış “Müsəlmanların məsumluğu” filminə etiraz edib. Etirazçılar ABŞ əleyhinə şüarlar səsləndirib, maşın təkərləri yandırıb, daş atıblar.

Kabil polisinin rəisi Mohammed Salangi bildirib ki, aksiyaçılardan bir neçəsi polisə atəş açıb. Azı 40 polis xəsarət alıb.

Qarşıdurmanın qızışmaması üçün polis aksiyaçılara atəş açmayıb.
XS
SM
MD
LG