Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:25

Bakı-Mərdəkan yolunda qəza: 2 ölü, 2 yaralı


Bakıda ölümlə nəticələnən ağır yol qəzası olub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakı-Mərdəkan yolunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Nadir Ağalarov idarə etdiyi «Mercedes» markalı qoşqulu yük avtomobili ilə Astara rayon sakini Şahin Teymurovun idarə etdiyi «VAZ-2107» markalı avtomobil toqquşub.

Nəticədə Ş. Teymurov hadisə yerində, sərnişini Aqil Talıbov isə 3 saylı xəstəxanada ölüb. Digər sərnişinlər - Ş. Teymurovun əkiz qardaşı və Cəfərqulu Mirzəyev xəstəxanaya yerləşdiriliblər.
XS
SM
MD
LG