Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:01

Apellyasiya Məhkəməsi Nigar Yaqublunu həbsdə saxladı [Video]


-
Sentyabrın 17-də Sumqayıt Apellyasiya Məhkəməsi Müsavat üzvü Nigar Yaqublunun işi ilə bağlı apellyasiya şikayətinə baxaraq Abşeron rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bu barədə AzadlıqRadiosuna Nigar Yaqublunun vəkillərindən biri - Adil İsmayılov məlumat verib:

«Qərarı qüvvədə saxladılar. Ümidimiz var idi ki, Nigar Yaqublunu həbsdən azad edəcəklər. Qərar gözlənilməz oldu. Bu qərardan şikayət verəcəyik ki, həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunsun».

Sentyabrın 17-də Sumqayıt Apellyasiya Məhkəməsində Müsavat üzvü Nigar Yaqublunun işi ilə bağlı proses keçirilib. Məhkəmənin qarşısına İctimai Palatanın 30-dək üzvü və Nigar Yaqublunun yaxınları yığışıb. Proses qapalı keçirildiyi üçün məhkəmə zalına vəkillərdən başqa kimsə buraxılmayıb.

«HƏBSDƏ SAXLANMASINA QANUNİ ƏSAS YOXDUR»

Məhkəmədən əvvəl Nigar Yaqublunun vəkili Osman Kazımov AzadlıqRadiosuna deyib ki, Apellyasiya Məhkəməsinin müdafiə etdiyi şəxsə dair qərarı son vaxtlar müşahidə olunan iqtidar-müxalifət münasibətlərindəki yumşalmanın nə dərəcə səmimi olduğunu aydınlaşdıracaq.

Vəkil ümid edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Nigar Yaqublunun xeyrinə qərar çıxaracaq: «Çünki Nigar Yaqublunun həbsdə saxlanılmasına qanuni əsas da yoxdur».

N. Yaqublu avqustun 25-də Müsavat üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasına görə saxlanıb. Sentyabrın 11-də barəsində 2 aylıq həbs qərarı çıxarılıb.

Mərhum Aydın Acalovun oğlu Rəşad Acalov istintaqa müraciət edərək atasının ölümü ilə bağlı heç kəsdən şikayətçi olmadığını bildirib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qəzaya uğrayan avtomobili sürücülük hüququ olmayan N. Yaqublunun idarə etdiyi qeyd olunur.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.2-ci (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Müsavat partiyasının yaydığı məlumata görə Nigar Yaqublunu Nemət Kərimli ilə Osman Kazımovdan başqa daha iki vəkil, Aslan İsmayılovAdil İsmayılov da müdafiə edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG