Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:05

İranın Suriya və Livanda hərbi məsləhətçiləri var


İran ilk dəfə rəsmi olaraq Suriya və Livanda hərbi məsləhətçilərinin olduğunu bildirib.

İranın İnqilab Qvardiyası Komandanlığının generalı Mohammad Ali Jafari jurnalistlərə bildirib ki, söhbət İnqilab Qvardiyasının yüksək rütbəli zabitlərindən gedir. Onlar bu ölkələrdə uzun müddətdir işləyirlər.

İran Suriyanın əsas tərəfdaşlarından sayılır, Bashar Assad rejimini dəstəkləyir. Bundan başqa Livandakı “Hizbullah” qruplaşmasına yardım edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG