Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:28

Naxçıvanda dövlət qulluqçuları vicdanlı, qərəzsiz olacaqlarına and içiblər


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

8 may 2002 Sayı 84(20.489)


Dövlət qulluqçuları and içdilər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunan müsabiqə başa çatıb. Müsabiqə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”na əsasən muxtar respublikada dövlət orqanlarının altıncı – doqquzuncu təsnifatına uyğun 311 vakant vəzifənin tutulması üçün aparılıb.
Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində, mayın 7-də müsabiqədən müvəffəqiyyətlə keçərək müvafiq vəzifələrə təyin olunmuş dövlət qulluqçularının təntənəli andiçmə mərasimi keçirilib. 69 nəfərin iştirak etdiyi mərasimdə dövlət qulluqçuları Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə, var gücləri ilə və Vətənin mənafeyi naminə həyata keçirəcəklərinə and içiblər.

Heydər Əliyev və Azərbaycan təhsili

...Məhz ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində qısa müddət ərzində müstəqillik yolunda inamla irəliləyən Azərbaycanda elm və təhsil quruculuğu, maarifçiliyin dirçəlişi istiqamətində əsaslı tədbirlər həyata keçirilmiş, təhsil sahəsində aparılan islahatlar ardıcıl xarakter daşımışdır.

Bu gün təhsil siyasəti ümummilli liderimizin təməlini qoyduğu, möhkəmləndirdiyi etibarlı zəmin üzərində davam və inkişaf etdirilir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin böyük səyləri sayəsində təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilmişdir.

Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyi muxtar respublikada da təhsilə göstərilən diqqət çoxsahəli, uzaqgörən kompleks plan əsasında aprılır.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Milli – mənəvi sərvətimiz olan kitabxanalara Heydər Əliyev qayğısı
- Növbəti sınaq imtahanı
- Marafon yarışı keçirilib
XS
SM
MD
LG