Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:44

Azərbaycanlı futbolçu Rusiya millisində


Foto arxiv
Foto arxiv
Rusiyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasına milliyyətcə azərbaycanlı olan futbolçu çağırılıb.

Qol.Az-ın məlumatına görə, 2013-cü ildə keçiriləcək Avropa çempionatının seçmə oyununa dəvət alan 23 oyunçu arasında azərbaycanlı Ayaz Quliyev də var.

Ayaz Quliyev yarımmüdafiəçidir, milliyə “Spartak”ın akademiyasından çağırılıb.

O, sentyabrın 25-dən 30-dək Çexiyada keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.
XS
SM
MD
LG