Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:12

Misirin Sinay yarmadasında təhlükəsizlik xidmətinə hücum edilib


Misirin Sinay yarmadasında yaraqlılar xüsusi xidmətin binasına hücum ediblər.

Naməlum adamlar binaya əl qumbaraları atıb, snayperlər isə onlara binanın damından cavab atəşi açıb.

İtkilər barədə məlumat verilmir.

Bundan bir neçə gün əvvəl bir neçə radikal islamçı həbs edilib.

Yarmadada vəziyyət ötən il Misirdə baş vermiş çevrilişdən sonra pisləşib.
XS
SM
MD
LG