Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:28

Kabildə "Müsəlmanın günahsızlığı" filminə etiraz olaraq aksiyalar keçirilib


Bazar günü Əfqanıstanın paytaxtı Kabildə Birləşmiş Ştatlarda Məhəmməd peyğımbər barədə çəkilmiş filmə etiraz olaraq aksiyalar keçirilib.

Şəhərin 3 müxtəlif yerində keçirilən dinc aksiyalarda Kabil universitetinin 1000-ə yaxın tələbəsi və yüzlərlə sakin iştirak edib.

Onlar filmi çəkən rejissorun məhkəməyə cəlb edilməsini tələb ediblər.

Aksiyaçılar “Müsəlmanın günahsızlığı” adlı filmin islama təhqir olduğunu deyirlər.

Şənbə günü isə Ninqarhar əyalətində eyni tələblə aksiya keçirilib, ABŞ prezidenti Barack
Obamanın şəkilləri yandırılıb.

Bu film müsəlman ölkələrində etirazla qarşılanıb.

Liviyadakı ABŞ konsulluğuna edilmiş hücum zamanı isə ABŞ səfiri Christoper Stivens və konsulluğun digər 3 əməkdaşı öldürülüb.

ABŞ buna görə xarici ölkələrdəki diplomatik missiyalarının təhlükəsizliyini gücləndirib.
XS
SM
MD
LG