Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:51

Binə Ticarət Mərkəzində zəhərlənənlərin sayı 148-ə çatıb [Video]


Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə baş verib
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə baş verib

-

Binə Ticarət Mərkəzində dəm qazından zəhərlənənlərin hamısı evlərinə buraxılıb. Bu barədə AzadlıqRadiosuna xəstəxananın Toksikologiya şöbəsindən məlumat veriblər.

Amma bildiriblər ki, sentyabrın 17-də onların bəziləri baş ağrısı və digər şikayətlərlə yenə xəstəxanaya müraciət ediblər. Hazırda şöbədə bir neçə belə pasient var. Həkimlər onlara müvafiq yardım göstərir. Hələlik kimsənin palataya yerləşdirilməsi halı qeydə alınmayıb.

148 ZƏHƏRLƏNƏN OLUB

Ötən gün Binə Ticarət Mərkəzində zəhərlənən şəxslərin artıq vəziyyətləri yaxşıdır. Kliniki Tibbi Mərkəzin (KTM) baş həkimi Tərlan Bəbirovun ANS PRESS-ə verdiyi məlumata görə, ticarət mərkəzindən zəhərlənən və xəstəxanaya yerləşdirilən 148 nəfərin 147-si evə buraxılıb. 1 nəfər isə hələlik KTM-dədir. Həmin şəxs də bu gün evə buraxılacaq.

Tərlan Bəbirovun sözlərinə görə, zəhərlənmə zamanı heç kəs ölməyib. Xəstəxanaya daxil olan şəxslərin hamısı tüstüdən zəhərləniblər.

ZƏHƏRLƏNƏNLƏR EVƏ BURAXILIB

Binə Ticarət Mərkəzində zəhərlənənlərin sayı 100-ü keçib. Bu barədə APA-ya Klinik Tibbi Mərkəzdən məlumat verilib. Mərkəzdən bildirilib ki, ötən gün Binə Ticarət Mərkəzindən xəstəxanaya zəhərlənmə diaqnozu ilə müraciət edənlərin sayı 129 nəfər olub. Onların hamısına ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Sentyabrın 16-da Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Zəhərlənməyə ticarət mərkəzində quraşdırılmış generatorlar səbəb olub. Ticarət mərkəzində elektrik enerjisi kəsildiyi üçün generatorlar işə salınıb. Generatorlarda yaranmış nasazlıq insanların kütləvi zəhərlənməsi ilə nəticələnib.

Baş vermiş hadisə ilə bağlı fakta görə, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.


***

«Binə Ticarət Mərkəzində baş vermiş kütləvi zəhərlənmədə ölən olmayıb. Hadisədə ölənlərin olması barədə yayılan məlumatlar kökündən yalnışdır».

Bunu AzadlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. Onun sözlərinə görə, Ticarət Mərkəzində baş vermiş hadisə ilə bağlı Qaradağ Rayon Prokurorluğunda fakta görə cinayət işi başlanıb, istintaq gedir.

4 NƏFƏRİN ÖLÜM XƏBƏRİ TƏSDİQLƏNMİR

Zəhərlənənlərdən 4 nəfərin ölməsiylə bağlı yayılan məlumatları xəstəxana təkzib edir. 1 saylı Şəhər Kliniki Xəstəxanasının toksikalogiya şöbəsindən AzadlıqRadiosuna bildiriblər ki, zəhərlənənlər arasında ölən olmayıb və onlar ölüm haqda məlumat yaymayıblar.

***

50-dək adam xəstaxanaya yerləşdirilib.

Bir neçə nəfər ağır vəziyyətdədir.

Qalanlarının vəziyyətinin orta ağırdır.

Bu barədə AzadlıqRadiosuna 1 saylı Şəhər Kliniki Xəstəxanasının taksikalogiya şöbəsindən xəbər veriblər. Bildiriblər ki, hadisəyə ticarət mərkəzində işləyən generatorun yaratdığı dəm qazı səbəb olub.

“Binə”dən isə AzadlıqRadiosuna bildiriblər ki, Ticarət Mərkəzində elektrik enerjisi tez-tez kəsilir. Ona görə də dükanlar belə vaxtlarda qaranlıqda qalmamaq üçün benzinlə işləyən generatorlardan istifadə edirlər. Son iki gündə də ticarət mərkəzində işıq olmayıb.

AzadlıqRadiosunun və Musavat.com-un çəkdiyi fotolar:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG