Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:00

Netanyaho deyir ki, İranla səbirli davranmaq nəticə verməyəcək


İsrailin baş naziri Benjamin Netanyaho hesab edir ki, İrana qarşı səbirli siyasət nəticə verməyəcək, çünki bu ölkəni fanatizm idarə edir.

O bunu ABŞ televiziyasına müsahibəsində deyib.

O həmçinin qeyd edib ki, İranla müharibənin, nüvəli İrandan daha pis olmasını düşünənlərlə razı deyil.

O bir daha İranın nüvə silahı düzəltməyə yaxın olduğunu bildirib.

Netanyaho bundan əvvəl ABŞ-ı İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti damışıqlar və sanksiya yolu ilə həll etmək istəməkdə tənqid edib.

O hesab edir ki, bu məsələdə dinc metodlar işləmir.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günühlandırır.

Tehran ittihamə rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG