Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:52

Peyğəmbərdən film çəkən rejissordan ifadə alınıb


Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna edilmiş hücum təbii etiraz yox planlaşdırılmış aksiyadır.

Bunu bu gün Ümumliviya Milli Konqresinin sədri Mohammad al Makrif bildirib.

O bu hücumda əli olmaqda şübhəli bilinən bir neçə nəfərin həbs edildiyini deyir.

Çərşənbə axşamı edilmiş bu gücumda ABŞ səfiri Christopher Stevens də daxil olmaqla 4 diplomat öldürülüb.

Müsəlman ölkələrində Birləşmiş Ştatlarda Məhəmməd peyğəmbər barədə çəkilmiş həvəskar filmə etirazlar davam edir.

Həmçinin ABŞ-la yanaşı Qərb ölkələrinin səfirliklərinə hücumlar edilib.

Tunisdə ABŞ səfirliyi ətrafında baş vermiş toqquşmada 4 aksiyaçı ölüb, 46 nəfər yaralanıb.

Yəməndə fəaliyyət göstərən “Əl Qaidə” qrupu müsəlmanları amerikalılara hücumları davam etdirməyə çağırıb.

Kaliforniya polisi şənbə günü “Müsəlmanın günahsızlığı” filmini çəkən rejissordan ifadə alıb.
Əlavə məlumat verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG