Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:17

İctimai Palatanın üzvləri türk əsgərlərinin xatirəsini anıblar


İctimai Palata sentiyabrın 15-i Bakının daşnak-bolşevik işğalından azad olunmasının 94-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında o vaxt həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anım mərasimi keçirib.

Mərasimdə AXCP sədri Əli Kərimli, Müsavat partiyasının başqanı İsa Qəmbər və İctimai Palataya daxil olan partiya üzvləri və fəallar işirak ediblər.

AXCP sədri Əli Kərimli deyib ki, bu gün Azərbaycan tarixinin ən önəmli bayramlarından biridir.

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə deyib ki, 94 il qabaq Bakının işğaldan azad olunmasında Türkiyə əsas rol oynadı və bu gün də Qarabağın işğaldan azad olunmasında həlledici rol oynaya bilər.

İctimai Palata üzvləri daha sonra 20 yanvar qurbanlarının məzarlarını ziyarət ediblər.
XS
SM
MD
LG