Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:55

Sahibkarlara 600 min manat kredit verildi


-
Şəmkirdə kredit yarmarkası keçirilib.

Şəmkir və ətraf rayonlardakı 45 sahibkarlıq subyektinə 600 min manatadək güzəştli kredit verilib.

Yarmarkanı İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu həyata keçirir.

Yarmarkaya ümumən 100-dək sahibkar qatılıb.

Fondun icraçı direktoru Şirzad Abdullayevin deməsinə görə, bu il Fondun vəsaitləri hesabına 1800-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 159 milyon manat güzəştli kredit verilib.

Bu kreditlər hesabına 7 minə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG