Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:36

BMT diplomatik missiyalara hücumları pisləyib


BMT-nin təhlükəsizlik şurası müsəlman ölkələrində ABŞ və digər qərb ölkələrinin diplomatik missiyalarına hücumları pisləyib.

Təhlükəsizlik şurasının bəyanatında diplomatik nümayəndəliklərə hücumun heç bir halda yolverilməz olduğu bildirilir.

Almaniyanın BMT-ki rəsmi nümayəndəsi Peter Wittig bildirib ki, təhlükəsizlik şurasının üzvləri sentyabrın 13-14-də bir sıra ölkələrdəki səfirliklər və konsulluqların əməkdaşlarına qarşı edilmiş zorakılıq aktlarını kəskin şəkildə pisləyir və bundan dərin narahat olur.

Bu günlərdə ABŞ-da Məhəmməd peyğəmbər varədə çəkilmiş filmin internetlə yayılması müsəlman dünyasının qəzəbinə səbəb olub.
XS
SM
MD
LG