Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:55

İlham Əliyev Fransaya gedir


-
Sentyabrın 17-18-də Azərbaycan prezidenti İlham Əliyev Fransada səfərdə olacaq.

Bu barədə APA-ya Fransanın Azərbaycandakı səfiri Pascal Meunier məlumat verib.

Səfər çərçivəsində Azərbaycan prezidenti fransalı həmkarı Fransua Olland'la birlikdə Luvr Muzeyində İslam mədəniyyəti pavilyonunun, eləcə də Azərbaycanın Fransadakı səfirliyində Mədəniyyət departamentinin açılış mərasimlərində iştirak edəcək.

Səfir qeyd edib ki, Azərbaycan və Fransa prezidentləri ikitərəfli münasibətlərə dair bir sıra məsələləri, beynəlxalq vəziyyəti, regionda təhlükəsizlik və sabitlik məsələlərini müzakirə edəcəklər:

«Fransa regiondakı gərginlikdən narahatdır və onun azaldılmasını istəyir».
XS
SM
MD
LG