Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:17

Çexiyada sərt alkoqollu içkilərin satışı müvəqqəti qadağan edilib


Sentyabrın 14-dən Çexiyada dərəcəsi 20%-dən artıq olan alkoqollu içkilərin satışı müvəqqəti qadağan edilib.

Buna səbəb insanların tərkibində orqanizm üçün təhlükəli olan metil spirti olan alkoqoldan kütləvi şəkildə zəhərlənməsi və ölməsidir.

İndiyədək Çexiyada alkoqoldan 19 nəfər ölüb və bunun əksəriyyəti ölkənin şərqində qeydə
alınıb.

Bundan başqa onlarla adam xəstəxanaya düşüb və onların çoxu kor olub ki, bu “metanolom”dan zəhərlənmənin nəticəsidir.

Çexiyanın səhiyyə naziri Leosh Heqer ölkədə zəhərlənmə hallarının çoxaldığını və son günlər təkcə ölkənin şərqində yox, digər regionlarına da yayıldığını deyir.

Polis təhlükəli alkoqol istehsal etmək və satmaqda şübhəli bilinən bir neçə nəfəri həbs edib.
XS
SM
MD
LG