Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:11

Pussy Riot və Belorus müxalifətinin fəalı Saxarov mükafatına təqdim edilib


Rusiyada prezident Vladimir Putinə qarşı mahnıları ilə tanınan feminist Pussy Riot rok qrupu və Belorus müxalifətinin fəallarından olan Ales Byalyatski Avropa Birliyinin təsis etdiyi Saxarov mükafatına təqdim ediliblər.

Avropa Parlamentinin internet saytında verilən xəbərdə deyilir ki, hazırda iki il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə həbsdə olan Pussy Riot qrupunun 3 qadın üzvü kilsədə olduqca “yaradıcı, cəsarətli və səhnələşdirilmiş mahnılarına” görə mükafata təklif edilirlər.

Belorusda həbsdə olan Vyasna adlı mərkəzin rəhbəri isə insan haqlarının müdafiəsində fəaliyyətinə görə mükafata layiq bilinir.

Mükafata onlardan başqa daha 3 namizəd var. Avropa Birliyinin qərarı oktyabrın sonlarında elan ediləcək.

Keçən il Saxarov mükafatı Ərəb ölkələrindəki etirazların fəallarına və Rusiyada insan haqları fəalına verilib.
XS
SM
MD
LG