Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:35

Keçmiş Baş nazirin oğlu narkotik ittihamı ilə tutulub


Pakistanda keçmiş Baş nazir Yusuf Raza Gilaninin oğlu narkotik maddələr saxlamaq ittihamı ilə saxlanıb. Az sonra girov müqabilində azad edilən Ali Musa Gilani bu ilin fevralında Pakistan parlamentinin aşağı palatasına seçilib. Onu qanunsuz narkotik maddələrin istehsalı ittihamı Ali Məhkəməyə çağırıblar.
Məhkəmənin binasında isə elə pilləkanlarda həbs ediblər. Az sonra isə məhkəmə onun girov əvəzinə azad edilməsi barədə qərar çıxarıb.

Bu narkotik maddə işində Pakistanın tekstil nazirinin də adı hallanır.

Pakistanın Ali Məhkəməsi bu ilin iyununda Baş nazir Yusuf Raza Gilanini işdən kənarlaşdırıb. Məhkəmə onu prezident Asif Ali Zardariyə qarşı korrupsiya ittihamları üzrə araşdırma aparılmasına imkan verməməkdə ittiham edib.
XS
SM
MD
LG