Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:19

Peyğəmbər əleyhinə filmə görə etirazlar müsəlman ölkələrini bürüyür



ABŞ-da çəkilmiş və Məhəmməd peyğəmbərə təhqir hesab olunan filmə görə sentyabrın 14-də cümə namazından sonra müsəlman ölkələrində kütləvi etiraz aksiyaları keçirilib. Sudan, Livan və Yəməndə hökumət qüvvələri ilə mitinqçilər arasında toqquşmalar baş verib.

Xartumda da 5000 nəfərlik etirazçı dəstə Britaniya və Almaniya səfirliklərinə hücum ediblər. Bu ölkələrin səfirlikləri yerləşən binalar dağıdılıb.

Rəsmilər Livanda KFC restoranının yandırıldığını, polislə toqquşmada bir nəfərin həlak olduğunu, 25 nəfərin də yaralandığını deyirlər.

Bu gün səhər Yəmənin paytaxtı Sanaada polis aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə edib, həmçinin xəbərdarlıq edib ki, ABŞ səfirliyinə hücum edərlərsə, silah işlədiləcək.

Misirdə də hüquq-mühafizə orqanları ilə etiraz aksiyası iştirakçıları arasında toqquşmalar olub.

Sentyabrın 14-də həmçinin İndoneziya, İran, Əfqanıstanda da ABŞ-a etiraz aksiyaları keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG