Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:48
Sentyabrın 13-də Bidzina İvanishvili azərbaycanlıların yaşadığı Marneuli rayonunda seçicilərlə görüşüb.

Gürcücə yarım saat danışandan sonra bir azərbaycanlı ondan xahiş edib ki, heç olmasa, rusca danışsın.
Bundan sonra dediklərini rusca təkrarlayan İvanishvili deyib:

"...kənd təsərrüfatına gəlincə. Bu, sizi hər şeydən çox maraqlandırır. Mən gələndə iki yerdə dayandım. Meyvə-tərəvəz yetişdirirsiz, ancaq sata bilmirsiz. Belə keyfiyyətli malın bazarı yoxdur. Sizin prezidentinizin, elə mənim də prezidentimin ritorikasına görə Rusiya bazarı bağlandı."

İvanishvili deyib: "Biz gələcəyik və tezliklə Rusiya bazarını açacağıq". .

OKTYABRIN 1-İ

Oktyabrın 1-i Gürcüstanda parlament seçkiləridir.

Hakimiyyət seçkini niyə bu günə salıb? Bu, Gürcüstanda çoxlarına qəribə gəlir. Çünki Gürcüstan Pravoslav Kilsəsinin təqvimində oktyabrın 1-i Müqəddəs Bidzina günüdür.
Prezident partiyasının seçkidə əsas rəqibi olan hərəkatın başında dayananın adı da məhz Bidzinadır. Bidzina İvanishvili.

“BİR BALACA LENİNİZM”

Avqustun sonunda ATƏT-in Parlament assambleyasının sədri Riccardo Migliori Gürcüstanda seçki qabağı vəziyyəti öyrənməyə gəlmişdi. Gedəndə dedi ki, “Gürcüstanda seçki kampaniyasında bir balaca leninizm var - Öz proqramını təqdim etməkdən çox, rəqibi məhv etməyə çalışırlar”.


QÜTBLƏŞMƏ

Seçki ərəfəsi Gürcüstandakı gərginliyi və qütbləşməni hətta Avropa Birliyi qeyd edir.

Birliyin Xarici Siyasət rəhbəri Catherine Ashton Gürcüstanda “qütbləşmədən və gərginlikdən öz narahatlığını” bildirib.
O deyib ki, seçki ilk növbədə siyasi proqramlara və siyasi ideyalara aid olmalıdır.


Larry King

Larry King

LARRY KİNG

Hər bir tərəf seçkiyə bütün imkanlarını səfərbər edir.

Gürcüstanda müxalifətin TV9 televiziyası hətta CNN-in keçmiş aparıcısı Larry Kingi müşavir kimi işə götürdüyünü elan edib.

Müxalifət lideri, milyarder Bidzina İvanishvilinin may ayında seçkilərə hazırlıq məqsədilə yaratdığı TV9 hesab edir ki, “Larry King Gürcüstanda media azadlığına öz səsini qatacaq”.

ƏSAS MÜBARİZƏ

Bütün sorğulara görə seçki iki əsas rəqib arasında gedəcək. Bir tərəfdə prezident Mixeil Saakashvilinin Birləşmiş Milli Hərəkatı, o biri tərəfdə Bidzina İvanishvilinin Gürcüstan Arzusu Koalisiyasıdır.

Nino Burjanadzenin Demokratik Hərəkat-Birləşmiş Gürcüstan partiyası seçkidə iştirak etmir.

RƏYLƏR

Gürcüstanda rəy sorğusu aparan kənar təşkilatın ABŞ-ın NDİ təşkilatının rəy sorğusuna görə, Saakashvilinin hərəkatına 37 faiz, İvanishvilinin koalisiyasına 12 faiz səs verəcək.
Ancaq fevral ayından hakimiyyət partiyasına dəstək verənlər 10 faiz azalıb. Bundan başqa 43 faiz kimə səs verəcəyini bilmir.


Thomas de Waal

Thomas de Waal

THOMAS DE WAAL

ABŞ-ın Karnegi Fondunun təhlilçisi Thomas De Waal yazır ki, bundan əvvəlki seçkilərdə hakimiyyətə rəqib çıxanlardan fərqli olaraq İvanishvilidə iki cəhət var ki, onu hakimiyyət üçün problemə çevirir- pul və imkanlar.

Rəy sorğuları haqda isə Tomas De Waal yazır ki, sorğuların əksəriyyətində hakimiyyət partiyası irəlidədir. Ancaq Saakaşvili siyasətini bəyənməyən siyasi, ictimai qruplar arasında Gürcüstan Arzusu Koalisiyasına dayaq genişdir.

ƏSAS QÜVVƏLƏR

Saakashvilinin 2001-ci ildə yaratdığı Birləşmiş Milli Hərəkat. Hazırda onun parlamentdə 150 yerdən 119 yeri var.
Hakim partiya iqtisadi uğurlarını seçki şüarı edib. Hər gürcüstanlı ailəsinə 1000 larilik (600 dollarlıq) vauçer vəd edir.

İvanishvilinin Gürcüstan Arzusu koalisiyası. Bu koalisiya öz adını İvanishvilinin rep musiqiçisi olan oğlu Beranın bir mahnısından götürüb.

Koalisiyaya 6 partiya daxildir -

Gürcüstan Arzusu-Demokratik Gürcüstan (bu, İvanishvilinin öz partiyasıdır),

Liberal partiya olan Respublika Partiyası

Qərbpərəst Azad Demokratlar partiyası (bu partiyanın lideri İrakli Alasaniyadır)

Populist partiya olan Milli Forum,

Millətçi Mühafizəkar partiya,

Sənayeyə dəstək verən “Sənaye Gürcüstanı Xilas edir” adlı partiya.

Koalisiyanın kampaniyası Saakashvili hakimiyyətini rədd etmək üzərində qurulub.

İvanishvili Qərbyönümlü siyasətə, ancaq Rusiya ilə daha praqmatik münasibətlərə tərəfdardır.

DİGƏR PARTİYALAR

Xristian Demokrat Partiyası hakimiyyətə “loyal müxalifətdə” olduğunu bildirir.
Partiya ictimai həyatda Gürcü Pravoslav Kilsəsinin daha böyük rol oynamasına tərəfdardır.

Yeni Haqlar partiyası Gürcüstanda konstitusiyalı monarxiya qurulmasını istəyir.

İşçi Partiyası populist solçu partiyadır. Seçicilərə pulsuz qaz və işıq vəd edir.

ƏSAS OYUNÇULAR

Təhsilini Kiyevdə, Strasburgda, Nyu Yorkda almış və hüquqşünas olan Saakaşvilinin ikinci prezidentliyi 2013-cü ildə bitir. Konstitusiyaya görə, o, daha prezident ola bilməz. Həmin vaxt Saakashvilinin cəmi 45 yaşı olacaq. Ehtimal olunur ki, o, o vaxt parlamentə sədr ola bilər.

İvanishvili Gürcüstanın ən varlı adamıdır. Forbes jurnalına görə, onun var-dövləti 6,4 milyard dollardır.
Bu dövləti Rusiyada qazanmış İvanishvili Gürcüstana 2001-ci ildə qayıdıb və xeyriyyəçi layihələri ilə məşhurdur.


Patriarch Ilia II

Patriarch Ilia II

KİLSƏ

Gürcüstanın patriarxı İkinci İlianın 79 yaşı var. Gürcüstanda adamların ən çox etimad etdiyi şəxsdir. Rəy sorğularında 92 faiz onun fəaliyyətini bəyənir. Seçkilərdə mübahisəli məqamda vasitəçi rolunu oynaya bilər.

SEÇKİ QAYDASI

Parlamentdə 150 yerdən 73-ünə seçki təkmandatlı qaydada keçirilir.
Seçkini udan fərd azı 30 faiz səs toplamalıdır.
Qalan 77 yer seçkidə partiyaların topladığı səslərə mütənasib qaydada partiyalar arasında bölünür.

MEDİA

Media Gürcüstanda seçki kampaniyasında ən mübahisəli sahələrdən biridir.

Transparency İnternational təşkilatının hesablamasına görə, Gürcüstan tamaşaçısı televiziyaya baxdığı hər 100 dəqiənin 60-nı iki televiziyaya baxmaqla keçirir- Rustavi-2İmedi televiziyalarına.
Onlarln hər ikisi hakimiyyətpərəst mövqedədir.

İvanishvilinin Kavkazia TV 9 televiziyalarına baxan nisbətən azdır.

Hökuməti kəskin tənqid edən Maestro kanalına Tbilisidə baxan çoxdur. Ancaq onun bütün ölkədə tamaşaçısı azdır.

FİKİRLƏR

Saakashvili deyir ki, müxalifət seçkiyə hazırlaşmır, seçkidən sonrakı hadisələri düşünür.

İvanishvili isə hesab edir ki, ən yaxşı senari müxalifətin 75 faiz yer almasıdır, pis senari 40 faizdir, ancaq bu, müxalifətin çox kobud səhvlər edəcəyi halda ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG