Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:48

Putinin tənqid edən deputatın mandatı əlindən alındı


Rusiya Dövlət Duması prokurorluğun təqdimatı ilə deputat Gennadi Qudkovun mandatının əlindən alınmasına səs verib. Sentyabrın 14-də keçirilən səsvermədən əvvəl qeyd edilib ki, prokurorluq Qudkovu deputat ola-ola həm də bizneslə məşğul olmaqda ittiham edir. Bu da qanunsuzdur.

Müxalifət liderlərindən biri olan Gennadi Qudkov prezident Vladimir Putinin sərt tənqidçilərindəndir. O, deputat mandatından məhrum olunmasını siyasi motivli qərar adlandırır.

Qudkovun tərəfdarları Konstitusiya Məhkəməsinə müraciət edərək qərarın qanuniliyini araşdırmağı xahiş ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG