Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:28

Goranboy sakininin tapdığı qumbara əlində partlayıb


-
Goranboy rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə sentyabrın 13-də rayonunun Şəmmədli kəndində qeydə alınıb.

Kənd sakini Vasif İsmayılov küçədən 1 ədəd istifadə olunmamış qumbara tapıb.
Qumbaranın alışdırıcısı ilə ehtiyatsız davrandığından partlayış baş verib. Nəticədə V.İsmayılov sol əlini itirib.

Yaralı yaxınlıqdakıların köməyi ilə xəstəxanaya aparılıb.

Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb.

Qumbaranın aşkarlandığı ərazidə başqa hərbi sursatın olub-olmadığını öyrənmək üçün axtarışlara başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG